Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aprel savaşı ilə düşmənin havadarlarına sərt mesajımızı çatdırdıq.



Newscenter.az.3.04.2021. Dövlətimizin və hərb tariximizin unudulmaz səhifələrindən biri olan aprel döyüşlərinin əhəmiyyəti danılmazdır! 1994-cü ilin 12 may atəşkəs razılaşmasından sonra azğın və işğalçı düşmənlə ilk amansız və şiddətli döyüşümüz oldu, aprel döyüşləri.

Bütün dünyanın zarafat günü kimi qeyd etdiyi aprelin 1-də gecə saatlarından başlayaraq dörd gün ərzində müzəffər ordumuz yenilməz Ali Baş Komandanının rəhbərliyi altında mənfur düşmənə zarafatı deyil, həqiqəti başa saldı!

Cəmi dörd gün ərzində düşmənin hər gün yüzə yaxın canlı quvvəsini və onlarla hərbi texnikasını məhv etməklə işğalçı və cinayətkar mahiyyətli Ermənistana anlatmağa çalışdıq ki, Qarabağ münaqişəsini hərb yolu ilə həll etmək üçün bizə illər və ya aylar deyil, günlər kifayət edəcəkdir!
Aprel savaşı ilə bizi anlamayan və reallığı görmək istəməyən düşmənin havadarlarına da kifayət qədər sərt mesajımızı çatdırdıq. Üzdə demokratiyanın, ümumbəşəri dəyərlərin, sülhün, sabitliyin və təhlükəsizliyin carçısı olan çoxüzlü dövlətlərin və təşkilatların əsl üzlərini nümayiş etdirdik. Dünyanın ən əhəmiyyətli tərkib hissələrindən biri olan regionumuzda əsl sülh və sabitlik carçısının və təminatçısının kim olduğunu açıq şəkildə bəyan etdik!
Bizə xalq və dövlət olaraq milli kimliyimizi qaytaran, başımızı ucaldan və əsrlər boyu verdiyimiz itki ssenarisinə son verən aprel döyüşləri “Böyük qayıdışın” əsasını qoyan “Cocuq Mərcanlı” kimi tarixi nümunə və “Lələ-təpə” kimi yüksəkliklə yeni tariximizə qızıl hərflərlə yazıldı.

Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin “Erməni əsgərinin nə işi var Azərbaycan torpağında?”,
“Erməni hərbçisi ölmək istəmirsə rədd olsun Azərbaycan torpaqlarından!” kimi sərt xəbərdarlıqlara “Qarabağ ermənistandır.” kimi saxta və cılız cavab verən baş nazirin rəhbərlik etdiyi xalqı və ordusu aprel döyüşlərinin məntiqi davamı olan 44 günlük müharibədəki dəhşətləri yaşamağa və kapitulyasiyaya məhkum idi!

İndi başına dəmir yumuruğun dəhşətli zərbəsi dəymiş təkcə o baş nazir deyil, Ermənistanın hər bir vətəndaşı da anlayır və deyir ki, Qarabağ Azərbaycandır! Baxın, aprel döyüşlərinin əhəmiyyəti və nəticəsi həm də, o oldu ki, biz saxtakar və yalançı düşmənə “Qarabağ Azərbaycandır!” cümləsini dedizdirdik.

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş