Newscenter.az.3.04.2021. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1 063 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 268 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 240 870 nəfər müalicə olunaraq sağalıb, 3 648 nəfər vəfat edib, aktiv xəstə sayı 24 196 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 585, ötən müddət ərzində isə ümumilikdə 2 916 745 test aparılıb.