Newscenter.az.3.04.2021. "Fransanın bir neçə deputatının Qarabağa səfəri gözlənilir. Onlar "Laçın" dəhlizindən keçib, Azərbaycanın icazəsi olmadan separatçılarla görüşə gəlməyi planlaşdırırlar".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu, Azərbaycana qarşı separtizmi təşviq etməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün pozulması olacaq:
"Təbii ki, fransalı deputatlar Azərbaycandan icazə almayacaq. Rusiya sülhməramlılari fransızları "Laçın dəhlizindən" buraxarsa, separatizmə açıq dəstək olacaq. İlk növbədə onlar sərhəddə dayandırılmalı və onların ümumiyyətlə girişinə icazə verilməməlidir. Əgər, Xankəndiyə fransızlar gələcəksə, Azərbaycan konkret olaraq "Laçın" dəhlizində postunu qoymalıdır. Ən nəhayət Rusiyanın buradakı fəaliyyətinə son verilməsi tələb edilməlidir".
Politoloq qeyd edib ki, bu səfər ermeni lobbisinin birbaşa maliyyəsi hesabına reallaşır:
"Belə səfərlər birbaşa Paşinyanın hazırkı siyasətinə qarşıdır".
Mehman