Newscenter.az.3.04.2021. "Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə başladılan vaksinasiya prosesinə indiyədək ümumilikdə təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan 55% müəllim və texniki heyət cəlb olunub".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Şahin Seyidzadə parlamentin aprelin 2-də keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili qeyd edib ki, təmsil etdiyi Abşeron və Qobustan rayonları üzrə 40-65 yaşlı təhsil işçilərinin vaksinasiyası 66% təşkil edib:
"Günbəgün yoluxanların sayının artması təhsil sistemində yenirisklər yaradır. Təhsillə bağlı verilən bütün qərarların əsasını vətəndaşlarımızın, xüsusən də parlaq gələcəyimizin təminatçıları olan uşaqların sağlamlığının qorunması təşkil edir. Bu qərarlarda əsas məqsəd tədris daxil olmaqla həyatın bütün fəaliyyətlərində ənənəvi formaya tezliklə qayıtmaqdır".
NEWSCENTER.AZ