Newscenter.az.5.04.2021. “Azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı müəyyən model var. Bu işin nə qədər vaxt aparacağı müvafiq tədqiqatlardan sonra bilinəcək”.
“Report” xəbər verir ki, bunu ADA Universitetində Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Gününə həsr olunmuş konfransda ölkə Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Otuz ildir Azərbaycan əhalisi doğma yurd-yuvalarına qayıtmaq həsrəti ilə yaşayır, amma Ermənistanın torpaqlarımızı minalaması bu məsələdə ciddi əngəllər yaradır”, – H.Hacıyev vurğulayıb.