Newscenter.az.6.04.2021. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış İmişli rayon sakini Yadulla Qurbanov Lənbəran kəndi ərazisində müəyyən edilib.
Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı İmişli rayonuna geri qaytarılıb.