Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmişlidə evində nişan məclisi təşkil edən şəxs cərimələnib



Newscenter.az.6.04.2021. İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Göbəktala kənd sakini Rövşən Məmmədov yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

R. Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.
Xəbəri paylaş