Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq pulu-Dərin köklü səbəblər



Newscenter.az.6.04.2021. Son günlərdə "uşaq pulu" məsələsi cəmiyyətdə yeni templə, dalğa ilə gündəmə gəlib. Xüsusilə də, siyasilər arasında bu məsələnin həlli yolları təklifləri ilə bağlı sanki bir yarış mübahisə gedir. Ancaq, bu məsələni bir neçə il öncə qeyri-siyasi müstəqil ictimai ziyalı insanlar da qabartmışlar. Mənim də xeyli tutarlı yazılarım, təkliflərim olub bu bərədə. Onları vaxtaşırı, təkrar dərc edəcəm.
Bu yazıda isə, bu məsələnin daha dərin kökünü tapmağa yönəlmək və diqqəti çəkmək istərdim.

İlk gəncliyimdən qoçaq zəhmətkeş olmaqla hər zaman, müxtəlif prestijli "lada" maşınlarım olub. Hər zaman da maşınların motor və s. mürəkkəb detalları xarab olanda, ustaları erməni, ya ruslar olurdu. Bizimkilər də onların yanında qara, sadə işləri görən. Və bizimkiləri öyrətmirdilər qəti. Bu ermənilərlə münaqişə, milli azadlıq, müstəqillik hərəkatı başlanandan, beynimdən fikir çıxmırdı ki, erməni-rus köçüb gedəcək, bəs, bizim ölkədə bu maşın, məişət texniki ustalığını kim edəcək?

Qısa zaman keçdi, erməni-rus köçdü, gördük ki, bizim o, maşın qara işləri görən oğlanlara həyat elə iş müstəqil-sərbəstliyi, maddi maraq həvəsi gətirdi ki, nəinki 06, ölkəyə gələn mersedeslərin motorunu, elektronikasını söküb, təzədən yığdı. Motorist, "malyarlarımız" maşallah,
villallı oldu! İndi bizimkilər, elə alman "Cip"ləri detalının içini söküb yığırlar ki Almaniyadakı ustalar mat qalır.

Nədəndir bu? Birincisi, bizim camaatın bacarıq və zəhmətkeş xüsusiyyəti, ikincisi, qazanc, gəlir və özünü, ailəsini yaşatmaq üçün xariqələr belə yarada bilməsi. Demək nə etmək lazımdır bizim xalqın yaxşı dolanışığı və firavan yaşayışı üçün? Xalqın içi, özü sayılan kiçik və orta sahibkarlara işləmək, qurub-yaratmaq imkanı vermək, onlara mane olub, talan edən məmur tayfasını yerində oturtmaq. Ölkəni boğan inhisarçılığı yox etmək!

Düzdür, dövlət nə qədər imkanlı olsa, nə qədər uşaqlara çox kömək etsə yaxşıdı, vətən ruhunu və vətənə borcu onlara hiss etdirməklə. Hələlik, aztəminatlı ailələrə "uşaq pulu" verilsin, sonrası daha da, mərhələli genişləndirmək olar. Ancaq..

Ölkə üçün öncül vacibi, insanların, xalqın xeyli canlanıb, işlək hala gəlməsi, zəhmət-istehsala, qurub-yaratmağa başlaması və özü-özünü də dolandırması, dövlətin vergisini də verməsidir. Əks halda, "uşaq pulu" yox, "böyük pulu" versə də belə, əhali təmin edilə, dolana, bilməyəcək, belə sosial müavinətlər, güzəştlər, yardımlarla. Çünki: "quyuya su tökməklə, quyuda su olmaz".

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş