Newscenter.az.24.04.2021. IDEA İctimai Birliyi (IDEA Campaign) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Newscenter.az-a Dövlət Turizm Agentliyindən bildirilib ki, aprelin 24-də Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya Dövlət Turizm Agentliyinin əməkdaşları da qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin əməkdaşlarının və könüllülərin iştirakı ilə 1 hektar ərazidə 750-dən artıq müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.
Sevinc