Newscenter.az.26.04.2021. Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin təhsil və mədəniyyət atteşesi, tanınmış fotoqraf Tevfik Ulualın “Qardaş ölkələr” adlı fərdi yaradıclıq sərgisi keçiriləcək.
Newscenter.az Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinə istinadən xəbər verir ki, sərgi görkəmli akademik, aftolmoloq Zərifə Əliyeva və ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunub. Sərgi aprelin 27-də Azərkitab Kitab Mərkəzində baş tutacaq.
Qeyd edək ki, layihənin rəhbəri Elnurə İsgəndərova, təşkilatçı isə Aygün İsgəndərovadır.
NEWSCENTER.AZ