Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsillərin xilaskarı

Nəsillərin xilaskarı


"Möhtərəm Prezidentimiz İlham Əliyevin 20 illik hakimiyyəti dövürndə bizə yaşatdığı 200 illik tarixi sevincin şərəfli günlərini yaşayırıq. Qarabağın Azərbaycanın tarixində, siyasi həyatında hansı müqəddəs yeri olması hamımıza məlumdur. Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, Qarabağsız Azərbaycan yoxdur. Cənab İlham Əliyev də hakimiyyətə gəldiyi ilk gündən bütün həyatını, günlərini məhz Qarabağın azad olunmasına yönəltdi və ali məqsədimizə qovuşdurdu".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev səsləndirib. O bildirib ki, Qarabağın tarixinin hər bir səhifəsi bizim üçün çox müqəddəsdir, onu göz bəbəyi kimi qorumaq, dünyaya tanıtdırmaq vətəndaşlıq borcumuzdur:

"XIX əsrdə buraya köçürülmüş ermənilər son 200 ildə Qarabağın tarixini, maddi-mənəvi dəyərlərini öz adlarına çıxmağa, türk etnoqrafiyasını saxtalaşdırmağa çalışıblar, dini-mədəni abidələrimizi sıradan çıxraq qədim irsimizi itirmək istəyiblər.

Ali Baş Komandan İlham Əliyev Qarabağı azad etməklə bizim çoxəsrlik tarixi irsimizi də erməni vandalizmindən qurtardı".

Vaqif Abdullayev qeyd edib ki, indi Qarabağda böyük quruculuq işləri dayanmadan irəliləyir, Cənab Prezidentlə çiyin-çiyinə çalışan Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Qarabağın zəngin tarixi irsinin və mədəniyyətini UNESCO-nun maddi irs siyahısına salınması istiqamətində fədakarlıqla çalışır:

"Xocalıda, Xankəndidə, Xocavənddə, Ağdərədə, Əsgəranda erməniləşdirilmiş qədim türk toponimləri artıq bərpa olunur.

Bizim tarixçilərimizin, memarların da üzərinə çox məsuliyyət düşür, Qarabağın erməniləşdirilmiş saxta nişanələrinin hər birinin yerində öz qədim tarixi-maddi nümunələri öz tarixi görkəminə qaytarılmalıdır. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu vaxt itirmədən Qarabağın zəngin tarixinə dair tədqiqatları, kəşfləri dünya arenasına təqdim etməlidir. Memarlarımız bu qədim torpağın tarixi şəxsiyyətlərinin memarlılq abidələrinin yaradılması üzərində işləməlidir. Qarabağın tarixi irsinin ən böyük əzəməti, nişanəsi Onunn tarixi şəxsiyyətləridir. Qarabağ Xanlığının qurucusu, Bayat, Şahbulaq, Şuşa qalasını inşa etdirmiş Pənahəli xan bizim milli qürur mənbəyimizdir. İndiyə qədər onun heykəlinin, abidəsinin olmaması tarixi laqeydliyimizdən xəbər verir".

Akademik təklif edir ki, Xanın kəndində Pənahəli xanın böyük bir abidə kompleksi yaradılmalıdır:

"Şuşada İbraxim xanın, Mehdiqulu xanın da heykəlləri, memaorail kompleksləri salınmalıdır. Digər tarixi şəxsiyyətlərin də adları əbədiləşdirilməlidir. Bu, onlar barədə gələcək nəsillərdə də daha əyani və daha dolğun təsəvvür yarada bilər.

Qarabağa artıq dünyanın müxtəlif ölkələrindən tanınmış siyasətçilər, elm adamları, ictimai xadimlər, tarixçi və mədəniyyət nümayəndələri, turistlər, çoxsaylı qonaqlar gəlir. Şuşada beynəlxaqlq festivalllar, tədbirlər keçirilir, bu tədbirlər sözsüz ki, Xankəndi də təşkil olunacaq. Xaricdən gələn ziyalılarda Xanın kəndi, Qarabağ Xanlığının qurucuları, şəxsiyyətləri barədə ən zəngin məlumatı məhz onların ucaldılmış heykəlləri, abidələri verə bilər.
Qarabağın Fatehi, 200 illik tarixi irsimizin əbədi Xilaskarı Müzəffər İlham Əliyevin adı isə daha möhtəşəm tarixi rəmzi məna daşıyır.

2021-ci il iyunun 15-də Şuşada olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Cıdır düzünü gəzən Cənab İlham Əliyev arasında maraqlı bir dialoq baş vermişdi. Xankəndi şəhərini göstərərkən İlham Əliyevə Ərdoğan “Oradamı qalacağıq” söyləmiş, Müzəffər Ali Komandan isə “Orda da olacağıq” bildirmişdi. Həmin yer Xankəndinə gedən aparan Yolun rəmzi simvoluna çevrilməli, Cənab İlham Əliyevin möhtəşəm abidəsi ucaldılmalıdır. Xankəndidən, Şuşadan baxdıqda həmin kompleks öz möhtəşəmliyi ilə diqqəti cəlb etməlidir. Bilirik ki. Cənab Prezident bu cür şeyləri qəbul etmir.

Ancaq müasir tariximiz bu gerçəkliyi tələb edir və nə vaxtsa İlham Əliyevin heykəllərinin ucaldılacağına şübhə yoxdur. Ancaq bizim nəslin nümayəndələri çox istərdik ki, bu şərəfverici hadisəni də görək.
Əlbəttə, mən bu təklifi hörmətli oxucuların açıq müzakirəsinə buraxaraq, bu təşəbbüsə münasibət bildirməyə çağırıram".

Anar Əliyev
Xəbəri paylaş