Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub


Azərbaycana rəsmi səfərə gələn Ruanda Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Newscenter.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verib.

Ruandavə Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

XXX

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın Ruanda Prezidenti Pol Kaqame ilə təkbətək görüşü olub.
Xəbəri paylaş