Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir


Son zamanlar baş verən geosiyasi hadisələrlə əlaqədar olaraq, Mərkəzi Asiya Avrasiyada əsas regiona çevrilir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin Ümumrusiya Xarici Ticarət Akademiyasının maliyyə və valyuta-kredit münasibətləri kafedrasının dosenti Oleq Abelev deyib.

"Son geosiyasi hadisələrə görə Mərkəzi Asiya Avrasiyada əsas regiona çevrilir. Əslində, bu, strateji geosiyasi mövqeyə malik, təbii sərvətlərlə zəngin, bəziləri isə hələlik qiymətləndirilməli və tədqiq edilməmiş bir regiondur. Ən əsası, bu böyük potensial təkcə Mərkəzi Asiya regionu ölkələrinin deyil, həm də bu regionun əsas ticarət tərəfdaşlarının daha da inkişafına imkan verəcək",-deyə o, bildirib.

Abelev, həmçinin Rusiya-Qazaxıstan pilot layihəsi haqqında danışıb, onun fikrincə, bütün Aİİ ərazisinə genişləndirilməli, çünki bu, kadr çatışmazlığı problemini həll edəcək.

Anar Əliyev
Xəbəri paylaş