
Sabah iyulun 10-da Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.
Bilindiyi kimi Azərbaycan və Ermənistan arasında mart ayında sülh razılaşmasının mətni haqqında razılığa gəlinsə də, razılaşma hələ də imzalanmayıb. Buna səbəb, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və ATƏT-in Minsk qrupunun hüquqi əsaslar çərçivəsində buraxılması ilə bağlı Ermənistan tərəfinə müraciəti ilə bağlıdır.
Sabah baş tutacaq görüş hər kəsin diqqət mərkəzində olması heç şübhəsizdir. ABŞ Dövlət katibi Marko Rubionun prezident Trampın kabinet üzvləri ilə görüşündə, Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşmanı dünyanın digər yerlərində baş verən münaqişələrə nümunə olaraq gətirməsi, əsas verir ki deyək, sabah Azərbaycan və Ermənistan arasında razılaşmanın imzalanması baş tuta bilər.
Çingiz Şahbazi, siyasi ekspert