
Zəngəzur dəhlizinin reallaşması, Orta Dəhliz üçün strateji addım hesab edilməlidir, yoxsa İranın iddia etdiyi kimi,Orta Dəhlizə alternativ bir lahiyədir?
Orta Dəhliz, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) nəqliyyat logistika baxımından çox əhəmiyyətli regional layihədir.Çindən başlayan bu marşrut, Qazaxıstandan keçməklə, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanır. Rusiya və Ukrayna arasında başlayan müharibə səbəbindən Orta Dəhliz marşrutu , Şərq və Qərb arasında Rusiyadan keçən dəhlizlərə alternativ olaraq ön planda yer almaqdadır.Siyasi və enerji sabitliyi baxımından etibarlı marşrut hesab edilir və həmçinin zaman və məsafə baxımından da 3 dəfə daha əlverişlidir.
Bu marşrut Azərbaycan üçün də strateji üstünlük əldə etmək imkanı verir və Azərbaycan logistika mərkəzinə çevrilir və əlavə iqtisadi gəlirlər əldə etmək imkanı verir.Orta Dəhliz lahiyəsi həmçinin Türkiyə və Azərbaycan üçün Çinə,Avropaya və türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi istiqamətində ölkələrimizin geosiyasi və geoiqtisadi rolunu artırmaq üçün mühüm əhəmiyyət daşıyır.Orta Dəhliz lahiyəsi qeyd etdiyim kimi Rusiyadan keçən Şərq və Qərb arasında bütün dəhlizlərə alternativ hesab olunur və Zəngəzur dəhlizinin reallaşması isə, nəticədə məhz Orta Dəhlizin işinin daha da gücləndirilməsi və genişləndirilməsi istiqamətində daha çox fayda verəcəyini göstərir.
Zəngəzur dəhlizi üzərində nəzarət elementləri və digər məsələlər ətrafında müzakirələr aparılıb və sonda mütləq ki Azərbaycan və Ermənistan arasında ən məqbul qərar qəbul ediləcəyi gözlənilir. Bunu Ermənistanda da başa düşürlər.İran hökuməti, Rusiyanın oyunlarına dəstək verməməlidir, regionda həyata keçirilən faydalı lahiyələrə dəstək verərək, təcrid olunmaqdan özünü də qurtarmaq şansını əldə etməlidir.
Çingiz Şahbazi, siyasi ekspert