Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai Şuralar – Seçki imitasiyası, yoxsa vətəndaşın səsi?!

İctimai Şuralar – Seçki imitasiyası, yoxsa vətəndaşın səsi?!


İctimai şuralar dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynamalı, ictimai nəzarətin təminatçısı olmalıdır. Seçki yolu ilə şəffaf və bərabər hüquqlu iştirakçılıqla formalaşmalı, real ictimai təmsilçiliyə çevrilməlidir.

Lakin son illər bir çox yaradılan ictimai şuralar seçki deyil, təqdimat mərasimi formasında formalaşır. Əvvəlcədən hazırlanmış siyahılar, formalaşdırılmış nəticələr, “seçki” adı altında imitasiyalar.

Bu proseslər nə “İctimai iştirakçılıq haqqında” Qanunun, nə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəffaflıq və ictimai nəzarət çağırışlarının ruhuna uyğun gəlir. Cənab Prezident dəfələrlə bəyan edib ki, hər bir Azərbaycan vətəndaşı ictimai nəzarətçidir və mənim dostumdur. Bu sözlər vətəndaşa seçmək, təklif vermək, nəzarət etmək hüququ qazandırır.

Seçkilərdə iştirak edən QHT-lər, səs verən nümayəndələr sadəcə proses görüntüsü üçün dəvət edilirlər. Çünki qutudan çıxacaq adlar artıq siyahıdadır. Hətta bəzi namizədlərə gizli zənglər edilərək, geri çəkilməyə “tövsiyələr” olunur. Bu hal nə ictimai iştirakçılıqdır, nə də dövlətə sadiq vətəndaşa hörmət. Bu hal etimadı istismar etməkdir.

Buradan aidiyyəti üzrə sual ünvanlayıram:

İctimai şuralar doğrudanmı cəmiyyətin səsidir, yoxsa maraqlı dairələrin təyinat alətinə çevrilib?

Cənab Prezidentin çağırışına zidd olaraq, ictimai şuraları qapalı klub halına gətirmək, vətəndaşın seçmək və təmsil olunmaq hüququna hörmətsizlikdir.

Asim Vəliyev, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri
Xəbəri paylaş