Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nüvə təhlükəsizliyi sahəsində bəyannamənin qəbul olunması təklif edilib

Nüvə təhlükəsizliyi sahəsində bəyannamənin qəbul olunması təklif edilib


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nüvə təhlükəsizliyi sahəsində çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi haqqında Bəyannaməsinin qəbul edilməsi təklif olunub.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, belə bir təşəbbüslə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib. O. ŞƏT-in Çinin Tiencin şəhərində keçirilən sammiti zamanı belə bir çağırış edib.

Özbəkistan Prezidenti, "Bu bəyannamə dinc məqsədli atom enerjisinin inkişafı və fövqəladə hallara cavab tədbirləri üçün möhkəm bünövrəyə çevriləcək və Birləşmiş Millətlər Təşkilatının himayəsi altında qlobal yayılmama rejiminə layiqli töhfə olacaq",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş