
ABŞ-ın İrana mümkün müdaxiləsi və ya İran ərazisinə raket zərbələri Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib. O əmin olduğunu bildirib ki, amerikalılar İrana hücum etmək və ya raket zərbələri endirmək kimi tədbirlərə əl atmayacaqlar:
"Çünki bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxarar".
Cabarov vurğulayıb ki, İran böyük və yaxşı silahlanmış bir dövlətdir
Yanvarın 26-da ABŞ prezidenti Donald Tramp İrana doğru nəhəng bir armadanın irəlilədiyini elan etdi. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarının tamamilə ləğvini nəzərdə tutan ədalətli və bərabər bir razılaşmaya çatacağına ümid etdiyini bildirib.
Anar










































