Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri tələb edilir

Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri tələb edilir



Qərb Ukraynaya güclü təhlükəsizlik zəmanəti verməlidir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Kanada və Danimarkanın baş nazirləri Mark Karni ilə Mette Frederiksen telefon danışığında deyiblər.

Kanada baş nazirinin mətbuat xidmətinin verdiyi məlumata görə, tərəflər Ukraynaya güclü dəstəyi bir daha təsdiqləyiblər. Onlar həmçinin Ukraynada güclü təhlükəsizlik zəmanətləri ilə təmin edilən ədalətli və davamlı sülhə nail olmağın vacibliyi barədə razılığa gəliblər.

Qeyd edək ki, yanvarın 28-də ABŞ Dövlət Katibi və Milli Təhlükəsizlik Müşaviri Marko Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ümumi razılaşmanın əldə edildiyini açıqlayıb. Lakin Rubio Rusiyanın hələ də Ukrayna üçün mümkün Qərb təhlükəsizlik zəmanətləri ilə razılaşmadığını deyib.

Anar
Xəbəri paylaş