
Ukrayna enerji sistemi üçün avadanlıq almaq məqsədilə Dünya Bankından 40 milyon dollar alacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıxal bildirib.
Onun sözlərinə görə, vəsait "Ukrenergo"ya ayrılacaq.
"Biz əlavə yardım barədə razılığa gəldik. Dünya Bankı elektrik şəbəkəsinin bərpası üçün lazım olan avadanlığın alınması məqsədilə "Ukrenergo"ya 40 milyon dollar ayırmağı planlaşdırır", - deyə nazir, "X" qəzetində yazıb.
Qeyd edək ki, Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət qüvvədədir.
Anar










































