Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası vətəndaşları olub.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya Federasiyası vətəndaşı olub.
Xatırladaq ki, təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin 52 nəfəri və 11 texnikası Aktauda təyyarənin qəzaya uğradığı yerə çatıb.
Anar Əliyev