Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Demək istəyirlər ki, qəzada Ukraynanın günahı ola bilər

Demək istəyirlər ki, qəzada Ukraynanın günahı ola bilər


"Təyyarə qəzalarından heç bir ölkə sığortalanmayıb. Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəza enişi etməsiylə bağlı araşdırmalar başlanıb. Qəzayla bağlı müxtəlif məlumatlar yayılıb. Birincisi, hava şəraiti ilə əlaqədar təyyarənin uçuş trayektoriyasını dəyişdirdiyi, Qroznıya eniş edə bilmədiyi yazılıb. Digər xəbər bundan ibarədir ki, təyyarə geri qayıdarkən quş sürüsü ilə üzləşib".

Newscenter.az xəbər verir ki, bunları politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Rusiya informasiya kanallarından birində isə təyyarənin Ukrayna dronlarının Qroznı hava sahəsində göründüyünə görə Çeçenistan paytaxtının hava limanına enə bilmədiyi yazılıb:

"Bu xəbər daha çox Rusiyanın Ukrayna əleyhinə informasiya savaşının tərkib hissəsinə oxşayır. Yəni demək istəyirlər ki, qəzada Ukraynanın günahı ola bilər. Təyyarənin qəzaya uğradığı saatlarda Ukrayna dronlarının Çeçenistandakı hansısa hərbi məntəqəyə zərbə endirməsi barədə məlumat yoxdur. Buna baxmayaraq, Rusiya-Ukrayna müharibəsi, havada uçuşan raketlər və dronlar təyyarə şirkətlərindən ehtiyat tədbirlərini artırmağı diqtə edir".

Mehman Mehdiyev
Xəbəri paylaş