"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması hər birimiz üçün olduqca acılı və ağrılı xəbər oldu.
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, yaşanan bədbəxt hadisə üzərində siyasi motivlər axtarmaq və bunu fərqli situasiyalarla əlaqələndirmək hər şeydən əvvəl ədəbsizlikdir:
"Qəzanın səbəbləri barəsində ilkin məlumatlar verilsə də dəqiq nəticə qara qutu oxudunduqdan sonra bilinəcək.
Ümumiyyətlə, bu tip spesifik sahələr üzrə fikir bildirmək, texniki nüansları müzakirə etmək həmin sahənin mütəxəsislərinin işidir.
Belə olduğu təqdirdə hava nəqliyyatı üzrə heç bir məlumatı olmayan, ancaq özlərini aviasiya mütəxəssisi kimi göstərən şəxslərin fikirləri manipulyasiya xarakterlidir".
Süleyman