Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Əxlaqsızlıq təkcə sosial şəbəkələrdə deyil, bəzi özəl televiziya kanallarında da təbliğ olunur”-DEPUTAT

“Əxlaqsızlıq təkcə sosial şəbəkələrdə deyil, bəzi özəl televiziya kanallarında da təbliğ olunur”-DEPUTAT


“Tiktok” sosial şəbəkəsində bir qrup əyləncə təşkil edən şəxslərin saxlanması cəmiyyət tərəfindən razılıqla qarşılandı. Onlar əyləncə adı altında xüsusilə gənclər arasında birmənalı olaraq əxlaqsızlığı təbliğ etməklə məşğul idilər. “TikTok”dan bütün yaş qrupları istifadə etsə də, əksər istifadəçiləri gənclərdir”.

Newscenter.az xəbər verir ki, bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrdə baş verən bəzi hadisələr cəmiyyətdə ikrah hissi ilə qarşılanır, əhalinin narazılığına səbəb olur:

“Hökumətdən biabırçılığa son qoyulması tələb olunur. Bu barədə mətbuatda, sosial şəbəkələrdə ziyalıların, cəmiyyətin müxtəlif təbəqələrinin çoxsaylı müraciətləri olub. Əfsuslar olsun ki, əxlaqsız, həyasızlıq təkcə sosial şəbəkələrdə deyil, bəzi özəl televiziya kanallarında da təbliğ olunur. Həmin kanallarda nümayiş olunan tok-şoularda səsləndirilən fikirlərə, iştirakçıların ifrat davranışlarına məəttəl qalırsan. Bəzən efirlərdə elə sözlər işlədilir ki, normal insanlar ikilikdə belə işlətməz. Bütün bunlar cəmiyyətin mənəvi deqradasiyasına hesablanıb. Azərbaycan milli mənəvi dəyərlərinin, ailə institutunun dağılmasına xidmət edir. Bu yumşaq desək, biabırçılıqdır, dözülməzdir. Azərbaycan xalqının, ələlxüsus qadınların mənfi imicini formalaşdırır. Son zamanlar, qadınlar arasında bədən şəkilləndirilməsi kütləvi xarakter alıb. Silikonla doldurulmuş bədənlərin sayı ildırım sürətilə artmaqdadır. Artıq, bizə dost olmayan xalqların nümayəndələri tərəfindən, qadınlarımızın karikatur obrazları barədə videolar çəkilir. Açıq deyəcəyəm, bu dəhşətdir. Mən, Azərbaycan qadınını belə acınacaqlı vəziyyətdə, lağ-lağı obyektinə çevrilməsini görmək istəmirəm. Belə bir deyim var; pis nümunə virus kimidir. Yetişməkdə olan nəsil, bütün bunları görür və düşünür ki, belə də olmalıdır”.

O bildirib ki, sosial şəbəkələrin, o cümlədən “TikTok”un tamamilə bağlanması mümkün deyil:

“Ancaq, sosial şəbəkələrdən istifadə haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə, bəzi seqmentlərlə bağlı məhdudlaşmalara zərurət var. İqtisadiyyatı inkişaf etdirməkdən tutmuş, sosial problemlərə qədər, istənilən problemləri həll etmək mümkündür. Ancaq pozulmuş mənəviyyatı bərpa etmək üçün on illiklər kifayət etməz”.
Xəbəri paylaş