"Zəngəzur dəhlizinin reallaşması istiqamətində, İran iddialarından geri çəkilmək zorundadır. Bu səbəbdən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri hər iki ölkə üçün məhsuldar hesab oluna bilər".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi son vaxtlar İranla Azərbaycan arasında diplomatik sahədə gəlişmələrin sürətlənməsini şərh edərkən səsləndirib. O bildirib ki, İranın Azərbaycanla münasibətləri qonşuluq və dostluq əlaqələri istiqamətində inkişafına tərəf addımlar atacağı gözlənilən idi:
"Artıq İran əvvəlki kimi iddialı deyil və Azərbaycanla münasibətlərin yenidən qurulması İran üçün prioritet məsələlərdən biri halına gəlir. Əslində İran da Zəngəzur dəhlizinin fəaliyyətindən faydalanma şansını əldə edəcəkdir. Bundan sonrakı vəziyyət deməyə əsas verir ki, İran üçün Azərbaycan bölgədə manevr etmək şansı deməkdir və İran yaranmış yeni situasiyada, siyasi şəkillənmədə yalnız Azərbaycanla münasibətlərinə yenidən nəzər saldıqdan sonra sahiblənə bilər. Bu İran üçün daha məqbuldur və ziyanın yarısından dönməkdə də bir fayda var".
Anar Əliyev