
Milli İqtisadiyyat Nazirliyi Atom Elektrik Stansiyasının tikintisi üçün maliyyə donorlarının axtarışını davam etdirir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hazırda danışıqlar aparılır, sərfəli şərtlərlə maliyyələşdirmə variantları nəzərdən keçirilir.
Milli İqtisadiyyat nazirinin müavini Arman Kasenov bildirib ki, AES-in tikintisinə hansı vəsaitin xərclənəcəyi hələ dəqiqləşdirilməyib:
"Maliyyələşdirmə ilə bağlı qərar qəbul etməzdən əvvəl işin həcmini dəqiqləşdirmək lazımdır, bu o deməkdir ki, layihə və texnologiya onların dəyəri baxımından qiymətləndirilməlidir.
Tikinti zamanı xarici avadanlıqlardan istifadə edildikdə, ixrac kredit agentliklərinin vəsaitindən istifadə oluna bilər. Yəni, Çindən avadanlıq alınarkən Çinin Exim Bankı fəaliyyət göstərir ki, bu da maliyyə təmin edir. Almaniyada "Hermes" agentliyi, Amerikada ABŞ-ın "Exim Bank"ı və digərləri var. Onlar potensial maliyyə tədarükçüləri ola bilərlər", - deyə nazir müavini bildirib.
Xatırladaq ki, 2024-cü il oktyabrın 6-da Qazaxıstanda ölkənin ilk atom elektrik stansiyasının tikintisi məsələsi ilə bağlı ümumxalq səsverməsi keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, layihəni seçicilərin 71,12 faizi dəstəkləyib.
Mehman Mehdiyev