Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bizim toplum işləməkdən, fəaliyyət göstərməkdən çox qeybət, dedi-qodu sevir

Bizim toplum işləməkdən, fəaliyyət göstərməkdən çox qeybət, dedi-qodu sevir


Rəşad Quliyev: "Fizuli Məmmədovun artıq dünya səviyyəsində təşkilata rəhbərlik etdiyini nəzərə alaraq onun Rusiya İttifaqına rəhbər seçilməsini doğru hesab etmirəm"

Newscenter.az.29.04.2019. Bu günlərdə Azərbaycanın diaspor həyatında daha bir mühüm hadisə baş verdi. Belə ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində bu ölkədə yaşayan soydaşlarımız, Rusiyanın subyektlırində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri bir araya gələrək Rusiya Azərbaycanlılarının Birinci Moskva Forumu və Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təsis konfransını keçirib. RAİ-nin təsis konfransında Dünya Azərbaycanlıları İtitfaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov Rusiya Azərbaycanlıları İttifaqının prezidenti seçilib. Lakin Rusiya paytaxtında keçirilən məlum forum heç də birmənalı qarşılanmayıb. RAİ-nin təsis konfransını və rəhbərliyə seçkilərin keçirilmıəsinə dəstək verənlər də olub, onun qəbul etməyənlər də.

Sözügedən forum və ona olan münasibət barədə fikirlərini ifadə edən Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev deyir ki, bizim toplum işləməkdən, fəaliyyət göstərməkdən çox qeybət, dedi-qodu, söz-söhbət və tənqidi sevir. DAA rəhbərinin sözlərinə görə, buna əsas misallardan biri Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun tədbiri ola bilər:

” Fizuli Məmmədov bu gün bir təşəbbüslə ortaya çıxıb tədbir keçirir. Təşkilatçılıqla bağlı yalnışlar vardımı? Vardı. Kifayət qədər. Ancaq gəlin biz daha çox bu təşəbbüsü alqışlayaq . Nədən ? Çünki bir neçə ildir Rusiyada dərin bir sükunət mövcud idi. Fizuli Məmmədov bu sükunəti pozdu, irəliyə çıxdı. Nəzərə almaq lazımdır ki, strateji baxımdan Rusiya bizim üçün önəmli ölkədir. Yəni burada bir neçə güclü qüvvənin olması bizim ümumi işimizə xeyirdir. Digər tərəfdən cənab Məmmədovu bugün mənasız yerə tənqid edənlər . ğzlərinə bu sualı verirlərmi görəsən? Fizuli Məmmədov yalnış etdi, ancaq mən nəyi doğru edirəm? O yalnış edirsə , mən doğrunu etmək üçün təşəbbüs göstərib irəli çıxa bilərəmmi? Bu artıq qəbul olunmuş aforizmdir. Bizim toplum artıq heç kimi lider qəbul edib ətrafında təşkilatlanmayacaq. Biz özümüzə vurğun , reallıqları görməyi bacarmayan bir toplum oldiğumuzdan biz ancaq yuxarı baxmağa öyrənmişik. Aşağı baxmağa və güzgüyə baxıb özümüzə baxmağa isə cürətimiz çatmır. Xatırlayırısınızsa Dünya Azərbaycanlıları Konqresi adında bir təşkilat vardı. İndi də var. O təşkilatın başına kimlər gəlmədi. Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, doktor Cavad Deraxti, Firudin Pərvizniya, xalq şairi, görkəmli ziyalımız Sabir Rüstəmxanlı, Professor Paşa Qəlbinur və sair. Biz hansını qəbul edib ətrafında təşkilatlana bildik? Heç birisinin. Bundan sonra da kimisə qəbul edəcəyimiz mümkün deyil. Biz özünəməxsus bir xalqıq. Türk dilli xalqlardan heç kimə bənzərliyimiz yoxdur. Belə olsaydı ən çox bölünən, parçalanan xalq olmazdıq. Bir az da özümüzə tənqidi yanaşaq və ya ən azından tənqidi yanaşmağı bacaraq”.

Rəşad Quliyev qeyd edib ki, 2016-cı ildə Dünya Azərbaycanlıları Forumu təşkil edildi. Nəticədə bizi erməni , fars vurmadı. Vuran da özümüznkü oldu:

“Böhtanlar, qarayaxmalar başladıldı. Dostlarımız Bakıdan tədbirə qatılmayın zəngini alar - almaz "uşağının dişi ağrıyır" kimi bəhanələrlə toplantılara qatılmadılar. DAK səhnədə olduğunda tənqidlərin, hətta təhqirlərin hədəfində idi. İş o yerə gəlib çatmışdı ki, hətta DAK rəhnərliyinin şəxsi ailə məsələləri mətbuata çıxarılırdı. Durumumuz budur. Biz alqışlamağı yox, tənqid etməyi, qısqanmağı , yalnış mənada həsəd aparmağı, görülən işi alqışlamaq əvəzinə onu dedi qoduya çevirib kiçiltməyi bacarırıq. Özümüz isə lider olmağı, təşəbbüskar olmağı bacarmırıq. Keçirilən bu tədbir Rusiyada kimin lider olduğunu müəyyən etmir. Bu sadəcə bir təşəbbüsdür. Kim bu təşəbbüsü bəyənib dəstəkləyirsə uğur olsun. Kim xalqı, milləti və dövləti üçün zərrə qədər iş görməyi bacarırsa alqışlayır o adamı da lider hesab edirəm. Bu mənada gəlin əl ələ verib bu təşəbbüsü alqışlayaq və bu cür təşəbbüskarların gələcəkdə daha da ciddi addım atmaları üçün onları bu işlərə sövq edək".

DAA rəhbəri daha sonra qeyd edib ki, şəxsi və təşkilatı adına Ümumdünya Azərbaycan Fondunun , Dünya Azərbaycanlıları İttifaqının rəhbəri Fizuli Məmmədova bu təşəbbüsü üçün təşəkkür edir, ona və silahdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayır:

"Xüsusi qeyd etməyi özümə borc bilirəm. Keçirilən forumda Rusiya Azərbaycanlıları İttifaqının yaradılması fikrimcə uğurlu təşəbbüsdür, ancaq cənab Fizuli Məmmədovun artıq dünya səviyyəsində təşkilata rəhbərlik etdiyini nəzərə alaraq onun Rusiya İttifaqına rəhbər seçilməsini doğru hesab etmirəm. Çünki beynəlxalq səviyyədə olan bir təşkilata rəhbərlik edən şəxsin lokal yəni region və ölkə səviyyəsində təşkilata rəhbərlik etməsi o şəxsin statusuna kölgə salmış olur. Digər anlamlarda desəm bu forum zamanın tələbi idi. Bundan sonra da durmaq yox , ölkəmoz naminə çalışmaq lazımdır”.

İnqiıab Süleymanov
Xəbəri paylaş