Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamın cəbhə bölgəsində yerləşən 2 kəndinin içməli su problemi həll edilib

 Ağdamın cəbhə bölgəsində yerləşən 2 kəndinin içməli su problemi həll edilib


Newscenter.az.25.12.2018. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Ağdam rayonunda icra olunan içməli su təchizatı layihəsi yekunlaşıb.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Newscenter.az-a daxil olan məlumata görə, layihə çərçivəsində rayonun Hacıturallı və Ballar kəndlərində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev kənd yaşayış məntəqələrinin içməli su ilə təmin edilməsini xüsusi vəzifə kimi qarşıya qoyub. Bu istiqamətdə həyata keçirilən layihələr sırasında cəbhəyanı ərazilərdə yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə 2018-ci ildə 41 kəndin içməli su təchizatı yaxşılaşdırılıb, növbəti illərdə digər kəndlərdə də belə layihələr icra olunacaq.

Qeyd edək ki, Ağdam rayonunun Hacıturallı və Ballar kəndlərində su təchizatı layihələrinin icrasına 2018-ci ilin yayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə uyğun olaraq 2 subartezian quyusu qazılıb. Kəndlərdə müxtəlif diametrli borularla 9,4 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 48 bulaq quraşdırılıb. Artıq kəndlərə suyun verilməsinə başlanılıb. Ağdam rayonunun 2 kəndində icra olunan içməli su layihəsindən 1000-dən çox sakin faydalanıb. Su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparıldığından əhalidən ödəniş tələb olunmur.
Xəbəri paylaş