Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artırılır

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artırılır


Avqustun 1-dən Özbəkistanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artacaq,

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu, Özbəkistan qanunvericiliyində edilən bir sıra dəyişiklik və yeniliklər əsasında qüvvəyə minəcək.

Qanunvericiliyə ediləcək dəyişikliklərə əsasən, bundan sonra sürücülər üçün minimum cərimə 206 min, maksimum məbləğ isə 20 milyon 600 min som (sürücülük hüququndan məhrum edilmiş şəxslər tərəfindən belə nəqliyyat vasitələrini idarə etməyə görə) təşkil edəcək.

Qeyd edək ki, hökumət bu yolla yol-nəqliyyat hadisələrinin sayının azalacağına ümid edir.

Anar Əliyev
Xəbəri paylaş