
Cari ilin may ayında Türkiyənin neft idxalı 10,4 faiz azalıb.
Newscenter.az Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən bildirir ki, ölkənin ümumi neft və neft məhsulları idxalı may ayında 3 milyon 970 min 583 tona düşüb.
Türkiyənin ümumi neft idxalının ən böyük maddəsi olan xam neft idxalı isə təxminən yüzdə 13,2 azalaraq 2 milyon 484 min 596 ton səviyyəsində olub.
Dizel idxalı bu dövrdə təxminən 3,5 faiz azalaraq 1 milyon 162 min 161 tona düşüb. Qalan idxal mazutlar, aviasiya və dəniz yanacaqları və digər məhsullar olub.
Belə ki, ümumi idxal may ayında ötən ilin eyni ayı ilə müqayisədə 10,4 faiz azalaraq 3 milyon 970 min 583 tona çatıb.
Mehman Mehdiyev