Newscenter.az.25.12.2018. Dekabrın 25-də Ağdaş rayonunun Orta Ləki kəndinə təbii qaz verilib. Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 403 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 40 min 806 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.