Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"İrəli" İctimaiBirliyinin VI hesabat-seçkikonfransı keçirilib

 "İrəli" İctimaiBirliyinin VI hesabat-seçkikonfransı keçirilib


Newscenter.az.25.12.2018. 24 dekabr tarixində cənab prezident İlham Əliyevin doğum günündə təsis olunan “İrəli” İctimai Birliyi10-cu ildönümünü qeyd edib.

Newscenter.az xəbər verir ki, konfransda təşkilatın 4 illik fəaliyyətinin hesabatı öz əksini tapıb. İlk olaraq konfransın reqlamenti təsdiqlənib. Daha sonra “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edərək təşkilatın 2016-2018-ci illərdə baş tutan fəaliyyəti haqqında hesabat verib.

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edərək bildirib ki, “İrəli” İB olaraq fəaliyyət dövrümüzdə çalışmışıq ki, ölkə maraqlarını daim ön planda saxlayıb, gənclərə doğru və düzgün istiqamət göstərib.
Daha sonra, birliyin 2014-2018-ci illərdəki fəaliyyətindən bəhs edən hesabat videoçarxı dövlət rəsmiləri, KİV nümayəndələri, təşkilata üzv olan gənclərə nümayiş etdirilib. Kobfransda çıxış edənlər İctimai Birliyin ötən illərdəki fəaliyyətindən danışıblar. Çıxışlar başa çatdıqdan sonra, təşkilatın idarə heyətinə namizədlər haqqında hazırlanan videoçarx təqdim edilib. Açıq səsvermə yolu ilə sədrtəsdiqlənib. Seçki prosesi sədrin seçilməsi ilə başa çatıb. Səs çoxluğu ilə MirHəsən Seyidov idarə heyətinin rəhbəri seçilib.
Xəbəri paylaş