Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Xətai" stansiyasında köhnə eskalatorların sökülməsi başa çatıb

“Xətai" stansiyasında köhnə eskalatorların sökülməsi başa çatıb


Newscenter.az.25.12.2018. Sentyabrın 27-də “Xətai" stansiyasınında 50 illik istismar müddətini başa vurmuş eskalatorların yeniləri ilə əvəz olunması prosesi əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun qaydada davam etdirilir.

“Bakı Metropoliteni”nin mətbuat xidmətindən Newscenter.az-a daxil olan məlumata görə, artıq hər 3 avadanlığın tam sökülərək stansiyadan çıxarılması başa çatdırılıb. Söküntü işlərinin növbəti mərhələsində planlaşdırılmış bu tədbirlər qarşıdakı bir ay ərzində başa vurulacaq və həmin sahəsinin yeni eskalatorların quraşdırma tələblərinə uyğunlaşdırılmasına başlanılacaq. Buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində 3 köhnə eskalator 4 ədəd yeni nəsil analoqu ilə əvəzlənmişdi.
Esklatorların yenilənməsi ilə əlaqədar, sərnişinlərin giriş-çıxışan bağlanmış stansiyada əsaslı təmir və yeknilənqurma işləri də davam etdirilir. Burada hazırda eskalatorun dartı kamerası 4 müasir eskalatorun texniki quraşdırma tələblərinə uyğunlaşdırılır. Burada və həmçinin demontaj kamerasında eyni zamanda, dayaqlar gücləndirilir, beton örtük bərpa edilir.

Qarşıdakı müddət ərzində vestibülün memarlıq baxımından əhəmiyyət kəsb dən şəbəkələrinin və Şah İsmayıl Xətaiyə həsr olunmuş ədəbi kompozisiyasının bərpa olunması da nəzərdə tutulub.
Bununla yanaşı, stansiyanın birinci baş yolunun əsaslı təmir olunması işləri də davam etdirilir. Hazırda tavanda suaxarların yönləndirilməsi məqsədilə xüsusi örtüyün vurulması və işıqlandırma konstruksiyasının karkasının qurulması işləri başa çatmaq üzrədir. Bununla yanaşı, "Xətai-Cəfər Cabbarlı" mənzilinin ikinci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da uğurla aparılır.
Xəbəri paylaş