Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

 Nazir Birləşmiş Ərəb Əmirliklərinə səfər edib


Newscenter.az.15.03.2019. Gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi şəhərində start götürən Dünya Xüsusi Olimpiya Oyunlarının açılış mərasiminə qatılıb.

Newscenter.az-a nazirliyin mətbuat katibliyindən bildirilib ki, səfər çərçivəsində nazir Azad Rəhimov Abu Dabinin Vəliəhdi, BƏƏ-nin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, BƏƏ-nin baş naziri və vitse prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl Məktum, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şrayver, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista, Serbiyanın gənclər və idman naziri Vanja Udovicic və Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Məhəmmədiulı ilə görüşlər keçirib.

Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü zamanı nazir Azad Rəhimov, Abu Dabi vəliəhdinə Azərbaycan Respublikasının prezidenti cənab Ilham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan dərin təşəkkürünü bildirərək, öz növbəsində onun da salam və səmimi arzularının cənab prezident Ilham Əliyevə çadrırılmasını xahiş edib.

Məlumat üçün bildirək ki, Dünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısı iştirak edir. Azərbaycanı bu yarışda 56 idmançı on idman növündə təmsil edir.
Xəbəri paylaş