Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diplomatik korpus ticarətlə deyil, diplomatik fəaliyyəttlə məşğul olmalıdır

Diplomatik korpus ticarətlə deyil, diplomatik fəaliyyəttlə məşğul olmalıdır


Azərbaycanlı diplomatın İstanbulda 70 kq qızılla hüquq mühafizə orqanları tərəfindən tutulmasını sıradan bir qanunun pozuntusu hesab etmirəm. Təəssüflər olsun ki, bundan əvvəl də bəzi diplomatlarımızın, hətta səfirlərimizin adları bir sıra xoşagəlməz hadisələrdə hallandırıldı. Belə çıxır ki Xarici İşlər Nazirliyində hansısa şəxslər diplomatik əlaqələri və toxunulmazlığı şəxsi maraqlarının təmin edilməsinə və qanunsuz biznes fəaliyyətlərinin həyata keçirilməsi üçün istifadə etməkdədir"

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP liderinin köməkçisi Əli Orucov Azərbaycanlı diplomatın İstanbulda həbs ilə bağlı sualını şərh edərkən deyib.

O bildirib ki, Azərbaycana və dövlət başçısına qarşı haqsız xarici basqıların, qarayaxma və böhtanların artığı indiki dönəmdə diplomatik missiya gücünü və imkanlarını bütün bunları önləmək əvəzinə alverlə məşğul olması narahatlıq doğurur:

"Azərbaycanın Xarici İşlər Nazirliyinin strukturlarında ciddi təmizləmələr və islahatlar aparılmasa müsbət irəliləyişlərə nail olmaq sadəcə mümkünsüzdür. Dipkorpus ticarətlə deyil, diplomatik fəaliyyətlə, ölkənin xarici siyasətinin uğurlu həyata keçirilməsi ilə məşğul olmalıdır. Məncə istanbulda qaçaqmalçılıqla bağlı tutulan diplomat immuniteti daşıyan həmin şəxs tək deyil və onun şərikləri və havadarları da məsuliyyətdən kənarda qalmamalıdırlar. 70 kq qızıl indiki bazar qiyməti ilə 10 milyondan manatdan çox pul edir. Bu boyda vəsaitin necə və hansı yollarla əldə edilməsinə də aydınlıq gətirilməlidir.

Əks halda baş vermiş bu cinayət əməlinin tam və hərtərəfli araşdırılması günahkarların törətdikləri qanunsuzluqla görə cəzalandırılması mümkün olmayacaq".

Süleyman
Xəbəri paylaş