Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib


Newscenter.az.18.03.2019. Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin məsul işçiləri-Vasif Cəfərov və Nəzrin Əfəndiyeva SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatını keçiriblər.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki. tədbiri giriş sözü ilə açan AzTU-nun Tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov Neft şirkətinin gənclərlə bağlı layihələrinin üstünlüklərindən və əhəmiyyətindən danışaraq AzTU-nun ənənəvi olaraq bu layihələrdə iştirakını vurğulayıb. Prorektor qeyd edib ki, Təqaüd Prpqramını qazanan tələbə gələcəkdə SOCAR-da işləmək imkanı eldə edə bilər.

Daha sonra şirkətin əməkdaşı Vasif Cəfərov çıxış edərək Neft şirkətinin həyata keçirdiyi Daxili Təqaüd Proqramı və Təcrübə Proqramı haqqında tələbələrə ərtaflı məlumat verib. Vasif Cəfərov bildirib ki, SOCAR istedadlı gənc mütəxəssislərin yetişdirilməsi, tələbələrin sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə Daxili Təqaüd Proqramını həyata keçirir.

Tədbirdə Təqaüd Proqramına uyğun ixtisaslarda yüksək balla təhsil alan tələbələr iştirak edib.
Xəbəri paylaş