Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təmas xəttində qəfil gərginliyin yaradılması ilk növbədə Rusiyanın işi ola bilər

Təmas xəttində qəfil gərginliyin yaradılması ilk növbədə Rusiyanın işi ola bilər


Newscenter.az.27.03.2019. İlham Əliyev və Nikol Paşinyanın Vyanada görüşü ərəfəsində cəbhənin müxtəlif istiqamətlərində atəşkəsin total şəkildə pozulması, təxribatların törədilməsi və bir əsgərimizin şəhid olması kimin işidir? Ümumiyyətlə, bu görüşün baş tutmasını istəməyən və Azərbaycanla Ermənistan liderlərinin hər hansı bir kənar vasitəçi olmadan danışıqlara başlamaq təşəbbüsü kimlərin, hansı qüvvələrin və hansı ölkələrin maraqlarına toxunur, yuxularına haram qatır və planlarını pozur?

Əlbəttə, indi bu suallara isti-isti və birmənalı surətdə cavab vermək mümkün deyil. Həm də ona görə ki, bu saat bizim əlimizdə arqumentlərimizi, təxminlərimizi təsdiqləyə biləcək real faktlar yoxdur. Amma hər halda ehtimal etmək olar ki, liderlərin görüşü ərəfəsində Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində qəfil gərginliyin yaradılması ilk növbədə Rusiyanın işi ola bilər. Çünki Kreml Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması prosesinin Rusiyanın nəzarətindən çıxarılmasına heç cür yol vermək istəmir. Böyük ehtimalla, cəbhədəki son gərginlik də məhz buna hesablanıb. Rusiya hakimiyyətinin revanşist qanadı Paşinyana bu yolla psixoloji təzyiq göstərir. Burada başqa bir məqsəd də Vyana görüşünü diskreditasiya etmək və tərəflər arasında qarşılıqlı inamsızlıq yaratmaqdır. Cəbhədə təxribat törədən "gizli əllər" bu yolla İlham Əliyevlə Nikol Paşinyanı normal və konstruktiv danışıqlar ab-havasından çıxarıb, onları bir-birinə qarşı aqressiv ovqata kökləməyə çalışır. Bu isə şübhəsiz ki, son nəticədə danışıqların pozulmasına gətirib çıxara bilər. Bu mənada cəbhədəki son təxribat həm də liderlərə qarşı təxribatdır. Bütün bu nüanslar incəliyinə qədər hesablanıb.

Bu arada, ötən gün cəbhənin Füzuli istiqamətində şəhid olan hərbçimiz Əlləz Əlləzova Allahdan rəhmət diləyir, ailə üzvlərinə dərin kədər hissilə başsağlığı veririk. Şəhid qardaşımızın məkanı Cənnət olsun!

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri
Xəbəri paylaş