Newscenter.az.29.03.2019. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə dini icmaların üzvləri arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”mövzusunda məqalə müsabiqəsi elan edir.
Dövlət Komitəsindən Newscenter.az-a bildirilib ki, müsabiqəyə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən, Ulu Öndərin Azərbaycançılıq ideologiyasına əsaslanaraq milli-mənəvi dəyərlər sistemimizin daha da gücləndirilməsi, aşınmadan xilas edilməsi, milli-mənəvi dəyərlərə qayıdış və milli oyanış sahəsində atdığı addımlardan bəhs edən məqalələr göndərilə bilər. Həmçinin Ulu Öndərin hakimiyyəti dövründə milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biri olan dini abidələrimizin bərpası və yenidən inşası, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquqi-inzibati sferada zəruriaddımlar atılması, məzhəbçilik, dini nifrət və ayrı-seçkiliyin ölkəmizə ayaq açmasının qarşısının alınması istiqamətində görülən işlərin işıqlandırıldığı məqalələr də qəbul olunur.
Məqalə mövzuya uyğun olmalıdır. Müsabiqə elan olunduqdan sonra məqalə qəzet, informasiya agentlikləri və ya xəbər saytlarında dərc edilməlidir. Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində); Məqalə qəzetdə dərc olunarsa: A4 formatlı vərəqlərdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır. Məqalə elektron media resursunda yayımlanarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək çap olunmalı və Dövlət Komitəsinə təqdim edilməlidir. Qaliblər üçün mükafat bu qaydada müəyyən edilib.
I yer – 500 AZN
II yer – 400 AZN
III yer – 300 AZN
Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafa
Məqalələr 20 aprel, 2019-cu ilədək təqdim edilməlidir.