Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fuad Muradov Gürcüstan parlamentində görüş keçirib

Fuad Muradov Gürcüstan parlamentində görüş keçirib


Newscenter.az.3.04.2019. Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziguri ilə də görüşüb.

Dövlət Komitəsindən Newscenter.az-a bildirilib ki, Azərbaycan nümayəndə heyətini salamlayan Z.Dziquri Azərbaycanla Gürcüstanın strateji müttəfiq, xalqlarımızın isə dost və qardaş olduqlarını vurğulayaraq, ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Gürcüstan Parlamentinin Diaspora və Qafqaz məsələləri üzrə komitəsinin rəhbəri Beka Odişariya, Gürcüstan Parlamentinin azərbaycanlı deputatları Mahir Dərziyev və Azər Süleymanov iştirak ediblər.
Azərbaycan tərəfini isə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Dövlət Komitəsinin nümayəndələri və digər rəsmi şəxslərtəmsil ediblər.

F.Muradov Dövlət Komitəsi sədri kimi ötən ilin yayında ilk dəfə Gürcüstana səfər etdiyini və bu ölkədə yaşayan soydaşlarımızın üzləşdikləri problemləri ətraflı öyrəndiyini diqqətə çatdırıb. O, təhsillə bağlı layihələr hazırlandığıni və aprelin 3-də Gürcüstan azərbaycanlılarının inteqrasiya mərkəzinin açılış mərasiminin keçiriləcəyini bildirib. F.Muradov qeyd edib ki, bu mərkəz Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası baxımından Azərbaycan dövlətinin töhfəsi olacaq. Dövlət Komitəsinin sədriqeyd edib ki, gürcüstanlı azərbaycanlıların pedaqoji, dini təhsil almaları məqsədilə 2019-2020-ci tədris ilində Azərbaycanda kvotalar ayrılıb.

Eyni zamanda F.Muradov erməni separatçısına Gürcüstanda abidə ucaldılması məsələsinə toxunaraq, bunun ikitərəfli münasibətlərin hazırkı səviyyəsinə uyğun olmadığını nəzərə çatdırıb.
Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyini xatırladan Z.Dziquri erməni mətbuatının bu səfərin əleyhinə yazılar dərc etdiyini xüsusilə vurğulayıb.
Beka Odişariya isə bildirib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yeni komandasının fəaliyyətini, həyata keçirdiyi layihələri diqqətlə izləyir və azərbaycanlı həmkarlarının ideyalarından bəhrələnməyi düşünür.

Görüşdə Gürcüstan Parlamentinin azərbaycanlı deputatları Azər Süleymanov və Mahir Dərziyev də çıxış ediblər.

Azər Süleymanov erməni separatçısına Gürcüstanda heykəl qoyulmasının ikitərəfli münasibətlərə kölgə salacağını bildirib.

Mahir Dərziyev isə Azərbaycanda "Soydaş haqqında" qanunun qəbul edilməsinin, Gürcüstanda Azərbaycan, Azərbaycanda gürcü mədəniyyətlərinin tanıdılmasının vacib olduğunu vurğulayıb.
Xəbəri paylaş