Newscenter.az.18.04.2019. Gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib. Newscenter.az-a nazirliyin mətbuat katibliyindən bildirilib ki, qəbulda 19 nəfər vətəndaş iştirak edib.
Müraciətlər gənclər və idman sahələri, “Gənclər evi”nin fəaliyyəti, Olimpiya İdman Komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, idman avadanlığının verilməsi ilə bağlı olub. Bunula yanaşı, vətəndaşlar şəxsi məsələ, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı da müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib, bir qismi isə baxılması üçün icraya yönəldilib.