Newscenter.az.26.04.2019. "Birinci vitse-prezident Mehriban Əliyevanın İçərişəhərə gəlib, Kiçik Qala küçəsində yerləşən Qala divarları olan ərazidəki vəziyyətlə yerində tanış olması və sakinlərlə söhbətində İçərişəhərlə bağlı önəmli açıqlamalar verməsi zənnimcə, bundan sonra bəzi maraqlı qüvvələrin bu məsələ ilə bağlı məqsədli, qərəzli spekulyasiyalarına son qoyacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri qeyd edib ki, birinci xanım İçərişəhərin taleyinə biganə olmadığını əyani şəkildə göstərdi.