Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birləşmiş Ərəb Əmirliklərinin Ermənistan sevgisi

Birləşmiş Ərəb Əmirliklərinin Ermənistan sevgisi


Newscenter.az.3.05.2019. Mayın 2-də İrəvanda Ermənistan-BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) hökumətlərarası komissiyasının iclası keçirilib. BƏƏ və Ermənistan rəsmilərinin təmasları haqqında məlumatların sayı getdikcə çoxalır. İki ölkə arasında müxtəlif sahələri əhatə edən onlarla saziş imzalanıb. İrəvan BƏƏ-yə təklif edib ki, Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi Birliyinə bazarlarına çıxmaq üçün Ermənistanın imkanlarından istifadə etsin. Bu arada, BƏƏ nümayəndə heyətini ayrılıqda Ermənistan prezidenti və baş naziri qəbul edib.

BƏƏ-nin Ermənstanla əməkdaşlıqda nə marağı var?

Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyir ki, BƏƏ-nin başlıca müttəfiqi Səudiyyə Ərəbistanının Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibəti yoxdur:

"Səudiyyə Ərəbistanı birmənalı olaraq Azərbaycanı müdafiə edir. Elə bir beynəlxalq məsələ yoxdur ki, BƏƏ müttəfiqi Səudiyyə Ərəbistanı ilə eyni mövqedən çıxış etməsin. Bu sıraya hər iki dövlətin İrana, Yəmənə, Suriyaya eyni yanaşmasını göstərə bilərik. Bəs necə olub ki, Ermənistan məsələsində BƏƏ Səudiyyə Ərəbistanından fərqli siyasət yürüdür? Bu suala cavab haqqında bizim XİN və BƏƏ ilə bağlı olan oliqarx nazirlərimiz düşünməlidir".
Xəbəri paylaş