Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atəşkəs müqaviləsinin növbəti 30 illiyini qeyd etməməliyik

Atəşkəs müqaviləsinin növbəti 30 illiyini qeyd etməməliyik


Newscenter.az.12.05.2019. Bu gün Ermənistanla Azərbaycan arasında Bişkek atəşkəs protokolunun imzalanmasından 25 il ötür. Bişkek protokolu 2016-cı ilin aprel ayında "dörd günlük" müharibə ilə qüvvədən düşmüşdü. Yenidən Moskvada atəşkəsə imza atıldı və bu sənəd Bişkek protokuluna əsaslandı. Halbuki "Bişkek protokolu" Azərbaycanın maraqlarına cavab vermirdi və imzalanması ölkəmizin zəif vaxtına təsadüf edirdi. 2016-cı ilin aprel ayında Moskvada Azərbaycan öz tələblərini irəli sürüb, atəşkəsə imza atmalı idi. Təssüf ki, Yerevan və Moskvanın yenidən sözlərinə inanaraq atəşkəsə getdik. Həmin dönəmdə ilin axırına kimi beş rayonun qaytarılması gündəmə gətirmişdilər, müzakirə olunurdu.

25 il ərzində Ermənistan Qarabağda məskunlaşma siyasəti aparsa da? buna ciddi nail ola bilməyib. Tikinti işlərinə rəğmən bu ərazilər "boz zona" adlanır və yerli əhali Xankəndi və onun ətrafına yaxın yerlərdən kənarda məskunlaşmır. Həmçinin Ermənistan bu illər ərzində Qarabağın beynəlxalq subyektin bir hissəsi kimi tanıdılmasına nail ola bilməyib. Amma burada bəzi xarici ölkələrin müxtəlif xidmət sektoruna aid şirkətləri fəaliyyət göstərməsinə nail ola bilib. Bu da bizim Xarici Işlər Nazirliyinin zəifliyindən irəli gəlir.

Ölkəmiz isə, 25 il ərzində yüksək döyüş qabiliyyətinə və yeni nəsil silahlarla təchiz olunmuş ordu qurub. Ermənistan ordusu isə, bu kriteriyalara malik deyil. Azərbaycan ordusu işğalçı ordu üzərində əzici üstünlüyünü aprel döyüşlərində sübut edib. Bu illər ərzində Qərb təşkilatları Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində oldu]una dair qətnamalər qəbul edilib. Bu, ölkəmizin qeyd etdiyimiz istiqamətdə nailiyyətidir.
Azərbaycan ordusu işğal olunmuş ərazilərin azad edilməsinə mənəvi və fiziki cəhətdən hazırdır. Amma geopolitik mənzərə, Rusiyanın təhdidedici davranışları ölkəmizin öz ərazilərini azad etməsinə müvəqqəti çətinlik yaradıb. Çünki, Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini regionda özünün maraqlarına təhdid kimi görür. Ermənistanda 102-ci hərbi bazasını məhz Qarabağ münaqişəsinə görə saxlayır.
Atəşkəs müqaviləsinin növbəti 30 illiyini qeyd etməməliyik və mütləq şəkildə səfərbər olub, ərazilərimizi azad etməliyik. Əgər, 30 illiyi biz qeyd etsək, uduzacağıq.

Rəsmi Bakı ilk növbədə Avropa İttifaqı ilə çərçivə sazişini tez bir zamanda bağlayıb, yeni lokal hərbi əməliyyatların başlanması üçün Qərbin dəstəyini almalıdır. ABŞ və Avropa Ermənistanda inqilabdan müsbət nəticə gözləmədiklərinin fərqində olduğu üçün ölkəmizə dəstək verəcəklər. Qeyd edim ki, ABŞ -ın Rusiya və İrana qarşı sanksiyaları, bu ölkələri müharibəyə sürükləməsi ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə imkanlar yarada bilər.
Məhəmməd Əsədullazadə, politoloq
Xəbəri paylaş