Newscenter.az.16.05.2019. İqtisadiyyat naziri Şahin Mustafayev 17 may 2019-cu il tarixində, saat 11:00-dan etibarən Tovuzda (ünvan: M.Əzizbəyov küçəsi, 1, Heydər Əliyev Mərkəzi) Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Newscenter.az-a nazirlikdən bildirilib kk, həmin gün - 17 may 2019-cu il tarixində, saat 11:00-dan etibarən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov tərəfindən Ağstafada (ünvan: Hüseyn Arif küçəsi, 1, Heydər Əliyev Mərkəzi) Qazax və Ağstafa rayonlarından olan vətəndaşlar qəbul olunacaq.
Gədəbəydəki Heydər Əliyev Mərkəzində isə (ünvan: Heydər Əliyev prospekti, 1) İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov saat 11:00-dan başlamaqla Gədəbəy rayonundan olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.