Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın Cənubi Qafqaza marağı artır

ABŞ-ın Cənubi Qafqaza marağı artır


Newscenter.az.17.05.2019.
“ABŞ-ın Cənubi Qafqaza diqqəti artmaqdadır. Vaşinqton ilk növbədə prosesi Ermənistan rəhbərliyinin Rusiya ilə əlaqələrini zəiflətmək, həmçinin Qarabağ konfliktinin həllində Paşinyanın qeyri-konusturiktiv siyasətinin qarşısını almaqdan başlayır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Vaşinqtonun Paşinyanın hakimiyyətinə etimad göstərmədiyi onun Ağ Evə dəvət edilməməsi fonunda özünü göstərir:

“Bundan əlavə, bu ölkəyə inqilab prosesində vəd edilən vəsaitin verilməməsi Paşinyanın Vaşinqtonun gözləntilərini doğrultmamasından irəli gəlir. Qeyd edim ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri N. Paşinyanın Vaşinqton görüşü təşkil edilməsi gözlənilir. Məhz Donald Trampın xüsusi işlər üzrə köməkçisi Yerevana gələrək Paşinyan iqtidarına keçiriləcək Vaşinqton görüşü öncəsi yeni təlimatlar verərək, danışıqların yeni formatda aparılması mesajını verib. ABŞ Ermənistan rəhbərliyinin Qarabağ konflikti üzrə danışıqlarda Moskva ilə koordinasiyalı işbirliyini narahatlıqla qəbul edir”.

Politoloq hesab edir ki, Vaşinqton görüşündə ABŞ Paşinyan hakimiyyətinə danışıqların substantiv həll variantında aparılmasını şərt kimi irəli sürəcək. Çünki, ABŞ konflikt həll edilmədən Moskvanın təsirlərini regionda zəifləməyəcəyinin fərqindədir.
Xəbəri paylaş