Newscenter.az.20.05.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Argentina Respublikasının Azərbaycandakı səfiri Serxio Perez Qunella ilə görüşüb.
Newscenter.az-a Agentlikdən bildirilib ki, QoşqarTəhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında cənab Qunellaya məlumat verib və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonağı məlumatlandırıb.
Görüşdə Agentliyin Argentina Respublikasının müvafiq qurumu ilə mümkün əməkdaşlıq imkanları və baytarlıq sahəsində iki ölkə arasında münasibətlərin müzakirəsi, eyni zamanda ölkələr arasında qida sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Argentina Respublikasının Azərbaycandakı səfiri Serxio Perez Qunella səmimi qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Orxan