Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib

Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib


Newscenter.az.23.05.2019
. Mayın 22-23 tarixlərində Daşkənd şəhərində BМТ-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində 6-cı illik regionlararası görüş keçirilib.

Newscenter.az-a DGK-dan bildirilib ki, tədbirə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğız, Pakistan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan gömrük orqanlarının nümayəndə heyətləri, eləcə də BМТ-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ), Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və digər beynəlxalq tərəfdaşların nümayəndələri qatılıb.

Görüşdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Mayın 22-də, tədbirin açılış mərasimində Özbəkistan Respublikası Hökumətinin, eləcə də BMT NCİ və ÜGT-nin nümayəndələri çıxış ediblər.

Sonra BMT NCİ və ÜGT nümayəndələrinin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın icmalına dair məruzələri dinlənilib.

Daha sonra "Yüksək riskli yüklərin aşkar edilməsi üzrə Mərkəzi Asiya, Qara Dəniz regionu ölkələri, həmçinin Əfqanıstan və Pakistan gömrük xidmətləri arasında beynəlxalq praktiki əməkdaşlıq" mövzusunda 1-ci sessiya başlayıb. Sessiyada nümayəndə heyətlərinin rəhbərləri və donor ölkələrin nümayəndələri çıxış ediblər.

Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin rəhbəri Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın ölkə üçün mahiyyətindən və töhfələrindən danışıb.

"Gömrük qurumları və dəniz limanlarında nəzarət məntəqələrinin regionlararası şəbəkəsinin praktiki reallaşdırılması" adlı 2-ci sessiyada isə nümayəndə heyətlərinin "Konteyner daşımalarına nəzarət sahəsində həyata keçirilən beynəlxalq praktiki əməkdaşlıq üzrə milli səylər" mövzusunda məruzələri dinlənilib.

Mayın 23-də isə "Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində prioritet məsələlər və ehtiyaclar" mövzusunda 3-cü sessiya keçirilib. Sessiyada nümayəndə heyətlərinin çıxışları dinlənilib və mövzu ətrafında üzv ölkələr, BMT NCİ, ÜGT və donor ölkələrin təmsilçiləri müzakirə aparıblar.

Müzakirənin ardınca yekun nəticələr barədə məlumat verilib və tədbir başa çatıb.
Xəbəri paylaş