Newscenter.az.29.05.2019. “Nur-Sultanda Avrsaiya İqtisadi Birliyinin 5-ci yubiley toplantısına qatılan ölkələrin üçünün liderinə bundan sonra bu birliyin fəxri sədri olacaq Nursultan Nazarbayevin adını daşıyan orden verilib. Qazaxıstanda önəmlilik dərəcəsinə görə üçüncü sayılan bu ordenlə Rusiya, Belarus və Qırğızıstan prezidentləri təltif ediliblər”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev deyib ki, birliyin başqa bir üzvü Ermənistanın baş naziri Nikol Paşinyana isə digər ölkələrin liderlərinin necə təltifləndirildiklərini izləyib əl çalmaq və yəqin həm də bundan nəticə çıxarmaq kimi məsuliyyətli missiya tapşırılıb.