Newscenter.az.5.06.2019. Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu dünya müsəlmanlarını və inanclı soydaşlarımızı müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edib.
Newscenter.az xəbər verir ki, hər iki qurumun prezidenti Fizuli Məmmədovun adından yayılan təbrikdə deyilir:
Əziz müsəlman bacı və qardaşlarım, artıq müqəddəs Ramazan ayı başa çatmaq üzrədir. Bu ay inanclı insanlar üçün nəfslə mübarizə ayıdır. Ramazan ayı boyunca iradəmizin imtahan edilməsilə Allah sevgimiz sınağa çəkilir. İbadət dövrü bizim ruhumuzu və cismimizi pisliklərdən arındırır, inancımızı qüvvətləndirir, kamilləşməyimizə səbəb olur.
Müqəddəs kitabımız Qurani-Kərimdə yazılır ki, Allah Ramazan ayında edilən duaları, ibadətləri qəbul edir, onları insana sağlamlıq, sevgi, xoşbəxtlik, ailə səadəti, xeyir və uğur kimi yenidən qaytarır. Bu səbəbdən müsəlmanlar Ramazan bayramının bitməsini böyük bayram kimi qeyd edirlər.
Razaman əsrlərdir İslam dininə tapınan soydaşlarımız üçün böyük mənəviyyat bayramıdır. Azərbaycan icmasının tərkib hissəsi olaraq Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlılarının Mədəniyyət Fondu bu müqəddəs ayda ibadət edən soydaşlarımızın yanında olmağı müqəddəs vəzifə sayır. Ramazan ayının demək olar, hər günü hər iki təşkilatın xətti ilə müxtlif şəhərlərdə xeyriyyə aksiyaları keçirib, iftar süfrələri açılıb. İslam dininə sədaqətimizlə və dinimizin əxlaqi və mədəni dəyərlərimizin kökündə dayanmasını dərk edərək biz bu Ramazan bayramını da soydaşlarımızla bərabər qeyd edəcəyik.
Şəxsən öz adımdan və Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun idarə heytələri adından dünya müsəlmanlarının, o sıradan inanclı soydaşlarımızın müqəddəs Ramazan Bayramını təbrik edirəm. Allahdan ibadətlərinizin, şəxsiniz, millətimiz və dövlətimiz adına etdiyiniz bütün duaların qəbul buyurmasını təvəqqe edirəm. Hər birinizə əqidənizdə dönməzlik, tutduğunuz yola sədaqət, ocağınıza sevinc, bərəkət arzulayıram.
Allah imanınızı kamil etsin! Bayramınız mübarək!”
Rusiya Azərbaycanlıları İttifaqının prezidenti və
Dünya Azərbaycanlıları Mədəniyyəti Fondunun prezidenti
Fizuli Məmmədov