Newscenter.az.8.06.2019. "Vəkilin polisdə döyülməsi faktını ictimailəşdirəndə bəziləri bizi Daxili İşlər Nazirliyinə qarşı qərəzli olmaqda ittiham etmək istədilər. Hətta əllərində videogörüntü olduğunu iddia edənlərdə tapıldı".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov sözügedən hadisə ilə bağlı bir neçə polis əməkdaşının cəzalandırılmasına münasibət bildirərkən səsləndirib. Təşkilat sədri deyib ki, onu DİN-ə qarşı qərəzli olmaqda ittiham etməkcəhdlər alınmayıb:
"Çünki, mən həmişə demişəm, hörmətli Ramil Usubov gerçək Dövlət Adamıdır. Heç vaxt imkan verməz ki, polisin imicinə xələl gəlsin. Mən bir məsələni ictimailəşdirəndə həmişə Dövlətimin ədalətinə güvənirəm".